Gürcüstanda XİN rəsmilərinin istefası tələb olunur
Dünya
29.11.2024 13:05
“Gürcüstanın Avropaya inteqrasiyasını dayandırmasını pisləyən Xarici İşlər Nazirliyinin rəsmiləri istefa verməli və öz dəyərləri haqqında düşünməlidirlər”.
TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani “Facebook” səhifəsində təklif edib.
“Xarici İşlər Nazirliyində işləmək üçün sizin üçün əsas “xarici” deyil, öz ölkəniz olmalıdır! Səni öz ölkən idarə etməlidir!” o, yazıb.
Nino Tsilosaninin sözlərinə görə, diplomatlar geri çəkilib öz əsas dəyərləri üzərində düşünsələr, daha etibarlı olacaqlar.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstan hakimiyyəti 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqların dayandırıldığını bəyan edib. Bundan əlavə, göstərilən müddət bitməmiş Tbilisi də Aİ-nin qrantlarından imtina edib.
Günəş Mərd
tag: Gürcüstan, Nino Tsilosani, Avropa, Tbilisi, Aİ, todaypress.az,