Gürcüstanda “xarici agentlərin” sayı artır

Dünya

03.10.2024 17:05

Gürcüstandakı 15 qeyri-hökumət təşkilatı Xarici Qüvvətlərin Maraqlarını Təşviq Edən Təşkilatların Reyestrinə daxil edilib.

TodayPress “Sputnik Gürcüstan”a istinadən  xəbər verir ki, avqustun 1-dən sentyabrın 2-dək davam edən “xarici agentlər” reyestrində qeydiyyatdan keçmək üçün 476 QHT və KİV könüllü müraciət edib.

Gürcüstan Ədliyyə Nazirliyi bu təşkilatların hamısını onların müraciətlərinə baxdıqdan və onların həqiqətən də “Xarici təsirlərin şəffaflığı haqqında” yeni Qanuna tabe olduqlarını müəyyən etdikdən sonra Reyestrdə yerləşdirib.   

Qeyd edək ki, parlament ölkədəki kütləvi etirazlara və Qərbin sərt tənqidlərinə baxmayaraq, iyunun 3-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib.   

Günəş Mərd

tag: Gürcüstan ,Qeydiyyat ,Ədliyyə Nazirliyi ,Qərb ,Etiraz, todaypress.az,