Gürcüstanda təkrar seçkilər keçiriləcək?

Dünya

08.11.2024 18:13

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədəki parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib və təkrar seçkilərin olmayacağını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Onun sözlərinə görə, Prezident Salome Zurabişvili və saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər. Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrinə yekun vuracaq. Bundan sonra parlamentin ilk iclası keçiriləcək və hökumət üzvləri təsdiqlənəcək.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib.

tag: Gürcüstan, Seçki,Kobaxidze,Salome Zurabişvili, Gürcü Arzusu, todaypress.az,