Gürcüstanda seçkilərin ilkin nəticələrini açıqlandı
Dünya
26.10.2024 21:13
Gürcüstanda parlament seçkilərinin eksitpol nəticələri açıqlanıb.
TodayPress xəbər verir ki, “Gorbi” təşkilatının apardığı sorğuya əsasən seçici fəallığı 58,94 % təşkil edib.
Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səslə liderdir.
Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:
”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %.
Aynur TAC
tag: Gürcüstan, Seçki, Parlament, Gorbi, todaypress.az,