Gürcüstanda seçkilərdən sonra iğtişaşlar qaçılmazdır

Dünya

25.10.2024 09:44

Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar demək olar ki, qaçılmazdır, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.  

"Həm hökumət, həm də müxalifət qalib gəlmək istədiklərini deyirlər, nəticədə toqquşma qaçılmazdır" qəzet yazıb.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, o, həbsxanaya göndərilə bilər. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bəyan edib ki, Rusiya Gürcüstandakı parlament seçkilərinə təsir edə bilməyəcək.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib

Günəş Mərd

tag: Seçkilər, Gürcüstan, Salome Zurabişvili, Rusiya, Baş Nazir, todaypress.az,