Gürcüstanda seçkilərdə iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatdı

Dünya

01.09.2024 18:00

Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak edəcək 27 partiyanı qeydə alıb, proses artıq başa çatıb.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Növbəti mərhələdə siyasi birliklər sentyabrın 26-dək deputatlığa namizədlərin sayı 30-dan, ən çoxu isə 200-dən çox olmayan partiya siyahılarını təqdim etməlidirlər.

Bildirilib ki, eyni şəxslərin müxtəlif partiyaların siyahısına salınması qadağandır.

Töhfə Səməd

tag: Gürcüstan, Parlament, Partiya, Seçkilər, Reytinq, todaypress.az,