Gürcüstanda seçkilər: 14 partiya qeydə alındı

Dünya

28.07.2024 11:33

Gürcüstan Mərkəzi Seçki Komissiyası 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün ərizə vermiş 28 partiyadan 14-nü qeydə alıb.

TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. 

Seçilmiş partiyalar avqustun 30-dan gec olmayaraq əlavə sənədlər təqdim etmədən səsvermə üçün qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, Gürcüstan parlamenti 4 il müddətinə seçilir. 25 yaşına çatmış və ən azı 10 il ölkədə yaşayan Gürcüstan vətəndaşı qanunverici orqanın üzvü ola bilər.

Gürcüstanda ilk dəfə parlament seçkiləri elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək - yeni bülletenlər və xüsusi hesablama aparatından istifadə olunacaq.

Bu, həm də Gürcüstanda tamamilə proporsional sistem üzrə keçiriləcək ilk parlament seçkiləri olacaq.  Parlamentdəki yerlərin yarıdan çoxunu qazanan partiya Baş nazirliyə namizəd irəli sürə və təmsil etdiyi hökuməti təkbaşına təsdiq edə biləcək.

Günəş Mərd  

tag: Gürcüstan, Parlament, Partiya, Seçkilər, Reytinq, todaypress.az,