Gürcüstanda QHT-lərin qeydiyyat üçün müraciətləri davam edir
Gürcüstanda 320-dən çox
QHT "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyat üçün müraciət
edib.
TodayPress xəbər verir
ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bildirilib ki, hazırda
mediada yalan məlumatlar yayılır ki, QHT-lərin cəmi 1 faizi qanuna əməl edir. Lakin
bu cür məlumatlar həqiqəti əks etdirmir. Əksinə, QHT-lərin 1 faizdən azı qanuna
tabe olmur.
Qeyd edək ki,
Gürcüstanın Konstitusiya Məhkəməsində "Xarici agentlər haqqında"
qanuna qarşı prezident, 121 QHT, 38 müxalif deputat və jurnalistlər tərəfindən
4 iddia qaldırılıb.
Qanuna əsasən, QHT-lər
sentyabrın 2-dək Xarici Təsirlərin Şəffaflıq Reyestrində qeydiyyatdan keçməlidirlər.
Bəyannamənin müəyyən edilmiş müddətdə doldurulmaması və ya imtina edilməsi cərimə
ilə nəticələnəcək.
tag: Gürcüstan, Parlament, Partiya, Reytinq,QHT, İnformasiya, Konstitusiya, todaypress.az,