Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti tapıldı
Gürcüstanda qaçırılan Rusiya
vətəndaşının meyiti Mestia bələdiyyəsində Nakra çayında tapılıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi
məlumat yayıb.
Nazirliyin
açıqlamasına görə, yanvarın 5-də hücum edənlər Zuqdididən Mestiaya gedən iki
xarici vətəndaşı qarət ediblər. Onların mobil telefonlarını oğurlayıblar,
zərərçəkmişlərdən biri, 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət
yetirilib və qanunsuz saxlanılıb.
Cinayəti
gizlətmək üçün həmin şəxslər daha sonra cəsədi çaya ataraq yoxa çıxıblar.
“Aparılmış
əməliyyat-axtarış tədbirləri nəticəsində polis hər iki şübhəlini saxlayıb” nazirliyin
məlumatında deyilir.
Saxlanılanları 20
ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
tag: Gürcüstan, Rusiya, Mestiaya, Axtarış, Polis, Həbs, todaypress.az,