Gürcüstanda prezident seçkiləri yekunlaşdı – YENİLƏNDİ

Dünya

14.12.2024 14:48

Gürcüstan parlamentində keçirilən prezident seçkisi yekunlaşıb.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

Qeyd edək ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.

Seçkidə yeganə namizəd hakim "Gürcü Arzusu"nun təqdim etdiyi Mixail Kavelaşvilidir.

***

09:52 

Gürcüstanın polis qüvvələri prezident seçkilərinin keçiriləcəyi Gürcüstan parlamentinə yerləşdirilib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.   

Qeyd edilib ki, gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasına bitişik xiyabanları bağlayıblar. Dövlət qurumunda çoxlu sayda polis maşınları var və binaya girişə də hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edir.Etirazçılar vətəndaşları parlament binasına gəlməyə çağırıblar.   

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri yerli vaxtla saat 09:00-da başlayıb.

Günəş Mərd

tag: Gürcüstan ,Prezident ,Seçki, Parlament, todaypress.az,