Gürcüstanda prezident postuna namizədlərin adı açıqlandı

Dünya

26.11.2024 20:05

Gürcüstan prezidenti postuna iki namizəd nəzərdən keçiriləcək, onların arasında Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin də var. 

TodayPress xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Nəşr bildirib ki, Gürcüstanın keçmiş prezidentinin oğlu Milli Parlament Kitabxanasının direktorudur. Bundan başqa, “Gürcü Arzusu” partiyasından olan keçmiş baş nazir İrakli Qaribaşvili də dövlət başçısı postunda iddialıdır.

Töhfə Səməd

tag: Gürcüstan,Prezident,Post,Zviad Qamsaxurdiya,Gürcü Arzusu,todaypress.az,