Gürcüstanda pedofillərlə bağlı qanun qəbul ediləcək
Gürcüstanda
uşaqlara zorakılıq edən məhkumların
siyahısı xüsusi istintaq xidməti tərəfindən nəzarətə götürüləcək.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV
məlumat verib.
Bildirilib
ki, təcavüz edənlər və cinsi xarakterli
cinayətlər törədən şəxslər də xüsusi istintaqa götürüləcək.
Həmin
şəxslər üçün bir sıra qadağalar tətbiq
olunacaq.
Bundan
sonra Gürcüstanda azyaşlı ilə yaşamaq, məktəb və uşaq bağçalarına yaxınlaşmaq,
sərnişin daşımaq, həkim işləmək, müəllimlik etmək mümkün olmayacaq.
Aynur TAC
tag: Gürcüstan, Pedofil, Qanun,Qayda,todaypress.az,