Gürcüstanda partiya liderinə hücum edildi
Dünya
15.01.2025 09:52
Batumidə yanvarın 15-nə keçən gecə “Şeraton” hotelində müxalifətin “Gürcüstan naminə” partiyasının lideri, keçmiş Baş nazir Giorgi Qaxariyaya hücum edilib.
TodayPress xəbər verir ki, bu barədə "Ambebi" yazıb.
Xəsarət alan siyasətçi yerli xəstəxanaya aparılıb.
Partiyanın üzvü Natia Mezvrişvili sosial hücumda “Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını günahlandırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günəş Mərd
tag: Gürcüstan ,Partiya, Hücum, Qaxariya, todaypress.az,