Gürcüstanda parlament seçkilərində "Gürcü Arzusu" qalib gəldi - YENİLƏNDİ

Dünya

27.10.2024 10:19

Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlib.

TodayPress Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında istinadən xəbər verir ki, “Gürcüstan Arzusu” 54,234 %, “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb.

MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib

***

09:11

Şənbə günü Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu  – Demokratik Gürcüstan" partiyası 54,24% səslə liderdir. 

TodayPress Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

MSK-nın məlumatına görə, “Gürcü Arzusu” 54,243%, “Dəyişiklik Koalisiyası” 10,805%, “Birlik – Milli Hərəkat” partiyası 10,07%, “Güclü Gürcüstan” 8,722%, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.

tag: Gürcüstan,Seçki,Gürcü Arzusu,Milli Hərəkat,Todaypress.az,