Gürcüstanda parlament seçkiləri ilə bağlı qərar verildi
Dünya
03.12.2024 19:55
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.
TodayPress xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Konstitusiya Məhkəməsinin saytında yer alan mətnə əsasən, bu, yekun qərardır, ondan apellyasiya şikayəti verilə və ya yenidən nəzərdən keçirilə bilməz.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişivli və müxalifət Konstitusiya Məhkəməsindən parlament seçkilərinin konstitusiyaya zidd olduğunu qəbul etməyi tələb edirdilər. İddianın müəllifləri səsvermənin gizliliyinə və ümumi seçki hüququ prinsipinin pozulmasına etiraz ediblər.
tag: Gürcüstan, Salome Zurabişvili, Məhkəmə, Qərar, todaypress.az,