Gürcüstanda müxalifət yenidən etiraz aksiyası keçirdi

Dünya

25.11.2024 09:36

1220

Noyabrın 24-ü axşam ölkədə keçirilən parlament seçkilərinin tanınmaması ilə əlaqədar Tbilisidə müxalifət yenidən etiraz aksiyası keçirib. 

TodayPress “Exo of Caucasus”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasını mühasirəyə alaraq çadırların quraşdırılmasının qarşısını almağa çalışıblar. 

Respublika meydanında müxalifətin toplantısı başlayıb. Burada Tbilisi Dövlət Universitetinin professor-müəllim heyəti, mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər.

Polis onların parlamentin yan girişlərinə yaxınlaşmasına mane olub. 

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. 

Mərkəzi Seçki Komissiyasının səslərinin hesablanmasına əsasən, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəlib.

Müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib və yeni parlamenti boykot etdiyini bəyan edib.

Günəş Mərd

tag: Gürcüstan, Müxalifət, Parlament, Gürcü Arzusu, Aksiya, todaypress.az,