Gürcüstanda müxalifət maliyyə mənbələrini gizlədir

Dünya

27.08.2024 15:40

815

Gürcüstanın bəzi müxalifət partiyaları maliyyə mənbələrini qismən və ya tamamilə gizlədirlər. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə  Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvili bildirib. 

“Siyasi partiyalar, xüsusən “Avropa Gürcüstanı - Azadlıq Hərəkatı”, “Milli Hərəkat” maliyyə mənbələrini qismən və ya tam olaraq gizlədir" deyə Kupraşvili qeyd edib. 

Bununla əlaqədar olaraq, büro bu partiyaların xaricdən pul ala biləcəyini və siyasi prosesin belə sxem üzrə maliyyələşdirilməsinin ədalətli seçki prosesi üçün təhlükə yaratdığını vurğulayıb. 

Günəş Mərd

tag: Gürcüstan, Maliyyə, Partiyalar, Avropa, Azadlıq Hərəkatı, todaypress.az,