Gürcüstanda müxalifət birləşdi: Hökuməti əleyhinə koalisya yaradıldı
Dünya
25.06.2024 16:01
Gürcüstanın bir sıra müxalifət partiyaları avrointeqrasiya mövqeyindən çıxış edərək, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra ölkənin hazırkı hökumətini istefaya göndərmək üçün birləşəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Politico yazır.
Gürcüstanın aparıcı müxalifət partiyaları oktyabrda keçiriləcək ümummilli seçkilər zamanı ölkənin Avropa İttifaqına namizədliyini əngəllədiyini iddia etdikləri hakim “Gürcü Arzusu” partiyasını sıradan çıxarmaq üçün birgə işləmək barədə razılığa gəliblər.
Söhbət “Vahid Milli Hərəkat” (BMH), “Gürcüstan üçün Lelo”, “Girçi”, “Axali”, “Gürcüstan Naminə”, “Avropa Sosialistləri” partiyalarından gedir.
Nəşr yazır ki, onlar “Gürcüstanı Aİ-yə sürətli inteqrasiya yoluna qaytarmaq” niyyəti ilə saziş imzalayıblar. Onlar, həmçinin Qərb ölkələrini azad və ədalətli seçkilərin təmin edilməsinə yardım etməyə çağırıblar.
Günəş Mərd
tag: Gürcüstan, Müxalifət, Seçkilər, Koalisya, Dünya, todaypress.az,