Gürcüstanda MSK üzvləri təhdid olunur

Dünya

30.10.2024 18:20

Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK ) üzvlərinə təhdidlər gəlir.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının spikeri Natia İoseliani danışıb.

“Seçki administrasiyasının əməkdaşlarına təzyiqlər güclənib. Maraqlı tərəflər 2020-ci il parlament seçkiləri zamanı təzyiq göstərmək üçün istifadə etdikləri taktikanı bir daha təkrarlayırlar” spiker bildirib.

O, təhdidlərin arxasında ola biləcək şəxslərin adını çəkməsə də, MSK üzvlərinin sosial şəbəkələrdə də təhqirlərlə üzləşdiyini qeyd edib.

Günəş Mərd

tag: Gürcüstan, Parlament, Seçki, MSK, todaypress.az,