Gürcüstanda LGBT təbliğatı qadağan edildi

Dünya

05.09.2024 00:23

2266

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə dəyişikliklər paketini birinci oxunuşda dəstəkləyib.

 

TodayPress xəbər verir ki, "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsini 78 deputat 50 səs kvorumla dəstəkləyib.

 

Dəyişikliklər, həmçinin qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur. Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa tətbiq edilir, buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcək.

Bundan başqa, LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Həmçinin cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır.


Aynur TAC

tag: Gürcüstan,LGBT,Parlament,Ailə Dəyərləri,todaypress.az,