Gürcüstanda LGBT təbliğatı qadağan edildi
Gürcüstan parlamenti üçüncü (yekun) oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiq edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, layihənin lehinə 84 deputat səs verib. Qanun layihəsinin əleyhinə çıxan olmayıb.
Qanun imzalanması üçün ölkə prezidenti Salome Zurabişviliyə göndərilib.
Töhfə Səməd
tag: Gürcüstan, Parlament ,LGBT, Təbliğat, Qanun ,todaypress.az,