Gürcüstanda hərbi helikopter qəzaya uğradı, ölən var

Dünya

02.07.2024 15:10

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb. 

TodayPress-in xəbərinə görə, helikopter Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndində qəzaya uğrayıb. 

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində helikopterin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir” deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Gürcüstan, Helikopter, Bolnisi, Disveli, Hərbi Təlimlər, Ekspertiza, todaypress.az,