Gürcüstanda həbs edilən etirazçılar azad ediləcək
Dünya
20.12.2024 15:29
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə keçirilən etiraz aksiyalarında saxlanılan bəzi etirazçıları azad edəcəyinə söz verib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Onun sözlərinə görə, saxlanılan şəxslər ayın sonuna qədər azadlığa buraxılacaqlar.
Kobaxidze həmçinin vurğulayıb ki, Tbilisidəki etirazlar dinc xarakter alıb. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına güc tətbiq etmək lazım deyil.
Qeyd edək ki, Gürcüstanda kütləvi etirazlar respublika hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmasından sonra başlayıb. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və əvvəllər həbs edilmiş etirazçıların azad edilməsini tələb ediblər.
Günəş Mərd
tag: Kobaxidze, Gürcüstan ,Həbs, Etirazçılar, todaypress.az,