Gürcüstanda güclü zəlzələ oldu
Dünya
04.06.2024 10:11
Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4
maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Milli
Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə
yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən
9 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
tag: Dünya, Gürcüstan, Zəlzələ, Oni, todaypress.az,