Gürcüstanda etirazçıların kütləvi saxlanılmasına başlanıldı
Dünya
02.12.2024 09:10
Tbilisidə xüsusi təyinatlılar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Xüsusi təyinatlılar bütün gecəni etirazçıların parlamentə qayıtmasına mane olub və gecə yarısı onları ərazidən çıxarıblar.
Qeyd edək ki, noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.
Günəş Mərd
tag: Tbilisi,Etiraz, Aksiya, Parlament, Gürcüstan, todaypress.az,