Gürcüstanda etirazçıların bir hissəsi geri çəkilir

Dünya

03.12.2024 09:57

Gürcüstanda keçirilən etirazlarda iştirak edənlər Tbilisinin Rustaveli prospektini tərk ediblər.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.

Nümayişçilər Tbilisi Dövlət Universitetinə doğru hərəkət edərək Çavçavadze prospekti və ona bitişik küçələrdə nəqliyyatın hərəkətini dayandırıblar. Ardınca polis xüsusi təyinatlıları mitinqi dağıtmağa başlayıb. 

Ərazinin təmizlənməsinə başlanılıb. Bir müddət sonra prospekt boyu avtomobillərin hərəkəti bərpa olunub.

Tbilisidə  parlament binası yaxınlığında hökumət əleyhinə aksiya zamanı polis xüsusi təyinatlılarına molotov kokteyli atan şəxs isə saxlanılıb. 

Qeyd edək ki, noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.

Günəş Mərd

tag: Gürcüstan, Aksiya, Etiraz, Tbilisi, Avropa, todaypress.az,