Gürcüstanda etiraz aksiyaları yenidən başladı
Dünya
06.12.2024 21:59
Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.
TodayPress Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.
Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.
Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.
Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.
tag: Gürcüstan, Tblisi, Aksiya, Müxalifət,todaypress.az,