Gürcüstanda dövlət bayraqları yarıya endirildi
Dünya
09.01.2025 08:34
Matəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət
bayraqları yarıya endirilib.
TodayPress xəbər verir ki, Gürcüstanın
işğal altındakı Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində 5 uşağın
ölümü ilə əlaqədar 9 yanvar Matəm günü elan edilib.
Baş nazir
İrakli Kobaxidzenin qərarı ilə hökumət administrasiyası və parlament də daxil
olmaqla dövlət və hökumət orqanlarının qarşısında bayraqlar yarıya endirilib.
Hökumət vaş verən faciə ilə əlaqədar qurbanların ailəsinə başsağlığı verib.
Xatırladaq ki,
hadisə yanvarın 5-də baş verib. Saberio kəndində evdə baş verən yanğın
nəticəsində 5 azyaşlı faciəvi şəkildə həlak olub.
tag: Gürcüstan, Matəm, Bayraq, Saberio,Yanğın, todaypress.az,