Gürcüstanda cinsiyyət dəyişdirmə əməliyyatı qadağan oluna bilər
Dünya
05.06.2024 00:58
Gürcüstanda parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri paketi təqdim edilib.
TodayPress Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili açıqlama verib. O, bildirib ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası LGBT təbliğatını və cinsiyyət dəyişdirilməsini qadağan edən qanun layihələri paketi təqdim edir.
Hakim partiya respublikanın konstitusiyasına müvafiq düzəlişlər etmək niyyətindədir. “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri paketi eyni adlı bir əsas sənəddən və 18 nəticədən ibarətdir.
Papuaşvili qanunvericilikdə təşəbbüs edilən dəyişikliklərin cəmiyyət tərəfindən tam dəstəklənildiyini bildirib.
Günel
tag: Gürcüstan, Şalva Papuaşvili,Partiya,Qanunvericilik,todaypress.az,