Gürcüstanda bülletenləri kütləvi şəkildə qutulara atmaqda təqsirli bilinən iki nəfər həbs edildi

Dünya

01.11.2024 16:50

Gürcüstanın Marneuli Magistrat Məhkəməsi parlament seçkiləri günü Marneuli yaxınlığındakı seçki məntəqələrindən birində bülletenləri kütləvi şəkildə qutulara atmaqda ittiham olunan iki vətəndaşı həbs edib.

TodayPress xəbər verir ki, bu barədə "Rustavi 2" televiziya şirkəti məlumat yayıb.

“Saxlanılanlardan biri Marneuli Şəhər Şurasının sədr müavinidir” məlumatda bildirilib.

tag: Gürcüstan, Marnueli, Məhkəmə, Parlament, Seçki, todaypress.az,