Gürcüstanda ard-arda 2 dəfə zəlzələ oldu

Dünya

08.07.2024 10:40

Gürcüstanda ard-arda iki dəfə zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərindən 24 kilometr aralıda, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Birinci təkanlar 4 bal, ikincisi isə 3,5 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.

tag: Gürcüstan, Zəlzələ, Samtsxe-Cavaxetiya, Sameba, Dağıntılar, todaypress.az,