Gürcüstanda aksiya zamanı zorakılıq halları qeydə alındı - YENİLƏNDİ

Dünya

02.12.2024 22:54

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb.

TodayPress xəbər verir ki, DİN parlament qarşısındakı etirazın toplanışlar və nümayişlər haqqında qanunu pozduğunu bəyan edib.

“Rustaveli prospektində aksiyada ayrı-ayrı qruplardan zorakılıq halları müşahidə olunub. Xüsusilə, aqressiv qrup üzvləri polisə müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atıblar”  açıqlamada deyilir.

***

20:33

Gürcüstanda polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb

Açıqlamada dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı 52 yaşlı bir kişinin polisə “Molotovu kokteyli” ataraq su şırnağını zədələdiyi deyilir. Ona 7 ilə qədər həbs cəzası verilə bilər.

Hazırda cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.

 

tag: Gürcüstan, Aksiya, Tblisi, DİN, todaypress.az,