Gürcüstanda 38 deputat mübahisəli qanunla bağlı məhkəməyə müraciət etdi

Dünya

29.07.2024 12:49

Gürcüstan müxalifəti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. 

TodayPress xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

İddia ərizəsini 38 deputat imzalayıb. Onlar qanunun qüvvəsinin payızda keçiriləcək parlament seçkilərinə qədər dayandırılmasını tələb edir.

Qeyd edək ki, bu, Konstitusiya Məhkəməsinə təqdim edilən sayca üçüncü iddiadır. Daha əvvəl ölkə prezidenti və qeyri-hökumət sektorunun nümçayəndələri anoloji məktubla məhkəməyə müraciət etmişdi.   

Günəş Mərd

tag: Gürcüstan, Deputat, Prezident, Məhkəmə, Qanun, todaypress.az,