Gürcüstanda 200-dən çox QHT qeydiyyatdan keçmək üçün müraciət etdi

Dünya

30.08.2024 13:06

Gürcüstanda 230-dan çox qeyri-hökumət təşkilatı qüvvəyə minmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinin Milli Vətəndaşlıq Qeydiyyatı Agentliyinə müraciət edib. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb. 

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. 

Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur. Siyahıya gəlirlərinin 20%-dən çoxu xarici maliyyədən gələn hüquqi şəxslər və ya KİV-lər daxil ediləcək. Qanun fiziki şəxslərə şamil edilmir. 

Xatırladaq ki, qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunmuşdu.

Günəş Mərd

tag: Azərbaycan, Ədliyyə Nazirliyi, Qanun, KİV, Gürcüstan,Parlament,todaypress.az,