Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək

Dünya

25.01.2025 18:38

Gürcüstan xarici işlər naziri (XİN) Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, tərəflər görüşdə Tbilisi və İrəvan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Yanvarın sonunda Gürcüstan XİN başçısı Ermənistana səfər edəcəyi vurğulanıb. 

tag: Ermənistan,Gürcüstan,XİN,Səfər, Aşot Smbatyan,Todaypress.az,