Gürcüstan vətəndaşlarının məlumatları internetə sızdı
Dünya
25.01.2025 16:02
Alman provayderinə görə bütün Gürcüstan əhalisinin məlumatları internetə sızıb.
TodayPress xəbər verir ki, bu barədə "SecurityLab" məlumat yayıb.
Bildirilib ki, Alman bulud xidməti təminatçısı (Cloud Service Provider) yanlışlıqla Gürcüstanın demək olar ki, bütün əhalisinin şəxsi məlumatlarını əlçatan edib. Məlumat bazası kibertəhlükəsizlik konsaltinq platforması “SecurityDiscovery” tərəfindən aşkar edilib.
Qeyd edilib ki, sızma 5 milyona yaxın şəxsin məlumat qeydinə və 7,2 milyondan çox telefon nömrəsinə təsir edib.
Nicat Osman
tag: Alman,Gürcüstan,Məlumat,Telefon,İnternet,Todaypress.az,