Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməməsinin səbəbi açıqlandı
Dünya
22.10.2024 16:55
“2008-ci ildə Ukrayna və Gürcüstan NATO-ya qəbul olunmayıb. Çünki burada əsas məqsəd Kiyev və Tbilisini müharibə üçün işçi qüvvəsi kimi saxlamaq olub”.
TodayPress “İmedi” telekanalına istinadən xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib.
“Qərb siyasətçilərindən çoxlu bəyanatlar verilir ki, biz NATO-nun Rusiyanın müharibəsinə qarışmasının qarşısını almaq üçün hər şeyi edirik. Ukraynaya silah, pul, bütün vasitələr verəcəyik, ancaq canlı qüvvə yalnız Ukraynanın olmalıdır” deyə o, qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan bir-iki ölkənin mövqeyinə görə deyil, “NATO koordinatorları” belə qərar verdiyinə görə üzvlükdən imtina ediblər.
“Onlar Gürcüstanı və Ukraynanı məhz buna görə NATO-ya qəbul etmədilər. Bunun fonunda biz Saakaşvilidən yaxşı dərs alıdıq və o, 2008-ci ildə bu bizi birinci müharibəyə sürüklədi” siyasətçi əlavə edib.
Günəş Mərd
tag: Gürcüstan, Ukrayna, NATO, Saakaşvili, Kiyev, todaypress.az,