Gürcüstan Rusiyaya qarşı sanksiya ehtimalını şərh etdi
Dünya
09.10.2024 13:30
Gürcüstan Avropa Parlamenti üzvlərinin çağırışına baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.
“Biz bütün qərarları gürcü xalqının maraqları əsasında qəbul edirik. Tərəfdaşlarımız başa düşməlidirlər ki, bizim bütün qərarlarımız ölkənin rifahına xidmət edir” deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların Moskvaya heç bir təsiri olmayacaq və bu, yalnız Gürcüstana zərər verəcək.
Qeyd edək ki, bundan bir müddət öncə 14 avropalı deputat “Gürcüstanda demokratiyanın tənəzzülü və siyasi plüralizmə təhdidlər haqqında” qətnamə layihəsi hazırlayıb və orada yenidən Tbilisini Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bundan əlavə, sənəddə xarici agentlər və LGBT təbliğatına qadağa haqqında ölkə hakimiyyəti tərəfindən qəbul edilmiş qanunlar tənqid edilir, həmçinin ölkənin maliyyələşdirilməsinin dondurulması təklif edilir.
Günəş Mərd
tag: Gürcüstan ,Rusiya ,Moskva, Tbilisi, Hakimiyyət ,todaypress.az,