Gürcüstan Rusiya ilə müharibəyə hazırlaşır?
Dünya
22.10.2024 10:50
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, yüksək rütbəli Qərb rəsmisi Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilini bir neçə gün Rusiya ilə döyüşməyə, sonra isə partizan müqavimətinə başlamağa çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “İmedi” telekanalına müsahibəsində bildirib.
Bu təkliflə çıxış edən rəsminin sözlərinə görə, gürcü hərbçiləri üç-dörd gün tab gətirə bilər, lakin bundan sonra hərbi taktikalarını dəyişməli olacaqlar.
“Sizin üç-dörd milyonunuz var. Üç-dörd gündə hamını öldürməzlər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz orada döyüşəcəksiniz” deyə İvanişvili Qərb rəsmisinin sözlərini sitat gətirib.
Töhfə Səməd
tag: Rusiya, Gürcüstan, Baş Nazir, İrakli Qaribaşvili, Müharibə, todaypress.az,