Gürcüstan Qərbin “qırmızı xətlər”i keçdiyini açıqladı
“Qərb parlament seçkiləri ərəfəsində müxalifəti və qeyri-hökumət təşkilatlarını (QHT) maliyyələşdirməklə “qırmızı xətlər”i keçir”.
TodayPress xəbər verir ki, bunu “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze deyib.
“Təəssüf ki, xarici hökumətlər müxalifəti açıq şəkildə maliyyələşdirir və bu, Gürcüstanın daxili işlərinə kobud müdaxilədir. Buna mütləq cavab veriləcək” deyə Kaladze vurğulayıb.
O, əlavə edib ki, müxalifət partiyaları ilə onları dəstəkləyən QHT-lər arasında heç bir fərq yoxdur.
Töhfə Səməd
tag: Gürcüstan, Tbilisi,QHT, Qərb, Parlament, todaypress.az,