Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq
Dünya
11.10.2024 07:12
Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin
impiçmenti məsələsini cari ilin noyabrın sonu, və ya dekabrın əvvəlində səsverməyə
çıxarmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində deyib.
Onun sözlərinə görə, hər şey yeni parlamentin ilk iclasının tarixindən asılıdır: “Biz parlamentdə 100-dən çox yer əldə etdikdən sonra, dekabrın əvvəlində və ya noyabrın sonunda, ilk iclasın nə vaxt təyin edilməsindən asılı olaraq, onun (Zurabişvili -Qeyd) impiçmenti baş tutacaq”
Qeyd edək ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan”
Partiyası Salome Zurabişviliyə qarşı impiçment prosesinə ilk dəfə 2023-cü il
sentyabrın 1-də başlayıb. Səbəb prezidentin hökumətin razılığı olmadan
Gürcüstanın Avropa kursunu dəstəkləmək üçün Avropa turnesi həyata keçirməsi
olub.
2023-cü il oktyabrın 16-da Konstitusiya Məhkəməsi
Prezidentin Konstitusiyanı pozduğunu təsdiqləyib. Bunun ardınca proses
parlamentə keçib. Hakim partiyaya impiçmenti həyata keçirmək üçün 100 səs lazım
idi, lakin impiçment uğursuz olub.
tag: Gürcüstan, Salome, Prezident,İrakli, todaypress.az,