Gürcüstan prezidenti yeni parlament seçkilərinin keçirilməsini istədi

Dünya

18.11.2024 23:46

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə parlament seçkilərinin yenidən keçirilməsini istəyir.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun fikrincə, oktyabrın 26-da keçirilən səsvermənin nəticələri qeyri-legitimdir.

"Ümummilli seçkilər etibarlı olmadıqda, ediləcək yeganə şey mümkün qədər tez onları yenidən keçirməkdir" o bildirib.

O, həmçinin vətəndaşları 26 oktyabr parlament seçkilərinin nəticələrinə etirazını davam etdirməyə çağırıb.

"Cəmiyyət ayağa qalxmağa, etirazını davam etdirməli və nəticələri qəbul etməməlidir” Zurabişvili vurğulayıb.

Aynur TAC

tag: Gürcüstan,Prezident, Zurabişvili, Seçki, Parlament, todaypress.az,