Gürcüstan prezidenti parlamentin yaxınlığında etirazçılara yaxınlaşdı
Gürcüstan prezidenti Salome Zurabişvili prezident seçkilərinin keçirildiyi parlament binası yaxınlığında etirazçılara yaxınlaşıb.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, yanındakı jurnalistlərə işə getdiyini deyib.
Qeyd edək ki, dekabrın 13-də Gürcüstan prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etməyi planlaşdırmadığını bəyan edib. Onun fikrincə, bu seçkilər qeyri-legitimdir.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri başlayıb. Bu dəfə ölkədə prezident seçkiləri yeni sistemlə keçiriləcək. Tarixdə ilk dəfə olaraq dövlət başçısını əhali deyil, 300 nəfərdən ibarət seçici kollegiyası - ölkə parlamentinin, muxtar respublikaların və yerli məşvərət orqanlarının deputatlarından seçəcək.
Günəş Mərd
tag: Gürcüstan, Prezident ,Seçki, Salome Zurabişvili, todaypress.az,