Gürcüstan prezidenti müxalifətdən narazıdır
Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazıdır.
TodayPress xəbər verir ki, o, bu barədə “Mtavari Arkhi” telekanalına müsahibəsində bildirib.
“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşmışdı. Biz nizamnamə planını, hansı qanunların qəbul edilməli olduğunu, növbəti seçkilərə necə getməli olduğumuzu bilirdik” deyə o, qeyd edib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası parlamentdəki 150 yerdən 89-unu qazanaraq qalib olub. Bir sıra müxalifət siyasi birlikləri seçkinin nəticələrini tanımaqdan imtina ediblər.
Günəş Mərd
tag: Gürcüstan, Prezident,Salome Zurabişvili, Seçkilər, todaypress.az,