Gürcüstan prezidenti mübahisəli qanuna etiraz edəcək
Dünya
15.07.2024 15:38
Gürcüstan prezidenti Salome Zurabişvili konstitusiya məhkəməsində “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edəcək.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə Zurabişvilinin vəkili bildirib.
"Bu gün iddia məhkəməyə gedəcək və ümid edirəm ki, tezliklə məhkəmə iclası təyin olunacaq. Bu işə və bu iddiaya tez bir zamanda baxılacaq” deyə Gürcüstan prezidentinin vəkili deyib.
O, əlavə edib ki, məhkəmə yay mövsümünü bəhanə edib işə baxılmasını təxirə salmamalıdır, çünki bütün ölkə bu qərarı gözləyir.
Qeyd edək ki, Salome Zurabişvilinin veto qoymasına baxmayaraq, mayın 28-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna səs verib və faktiki olaraq onu qəbul edib. Bu addım Qərb tərəfdaşlarının kəskin tənqidinə və Gürcüstan cəmiyyətində kütləvi etirazlara səbəb olub.
Günəş Mərd
tag: Gürcüstan, Salome Zurabişvili, Məhkəmə, Qərb, Qərar, todaypress.az,