Gürcüstan prezidenti istefa verməyəcəyini açıqladı

Dünya

30.11.2024 21:17

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin legitim olmadığını səbəb göstərib və mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bildirib.


TodayPress xəbər verir ki, Zurabişvili bunu televiziyada çıxışı zamanı deyib.

“Mən sizin prezidentiniz olaraq qalıram, legitim parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir” deyə o bildirib.

tag: Gürcüstan, Prezident, Salome, Zurabişvilli, Parlament, todaypress.az,