Gürcüstan parlamentinin binasında yanğın başladı - YENİLƏNDİ

Dünya

30.11.2024 23:35

Gürcüstan parlamentinin binasında yanğın başlayıb.


TodayPress xəbər verir ki, Gürcüstan parlamentinin binasındakı yanğın etirazçılar tərəfindən törədilib.


Məlumata görə nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıblar.


Nəticədə fişənglərdən biri pəncərəyə uçub, bundan sonra orada yanğın başlayıb.

 


***

23:35


Tbilisidə etiraz aksiyasının iştirakçıları parlament binası yaxınlığında barrikadalar qurublar.

 

Todaypress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

 

Bildirilib ki, etirazçılar yaxınlıqdakı piyada yollarından götürülmüş dəmir skamyalarla yolu bağlayıblar. Onlar çevik polisə və onlara qarşı yönələ biləcək su axınına qarşı çıxmaq istəyirlər.

 

Hələlik polislə toqquşma müşahidə edilməyib.


***

23:00


Tbilisidə mitinq iştirakçıları parlament binasının pəncərə şüşələrini daşla sındırıblar.


TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilib.


“İctimaiyyəti məlumatlandırmaq üçün bildirmək istərdik ki, mitinq başlayandan dərhal sonra mitinqdə olan bəzi şəxslərin hərəkətləri zorakılığa çevrilib” bəyanatda vurğulanıb.


Məlumata görə, aksiya iştirakçılarının qanunverici orqanın hasarlarını zədələdiyi, həmçinin parlamentin fasadındakı onlarla şüşə pəncərəni daş və digər əşyalarla sındırıb.

 

Həmçinin şöbə bəzi etirazçıların yanlarında pirotexniki vasitələrin olduğunu da vurğulayır.

 

Daxili İşlər Nazirliyi aksiyanın hər bir iştirakçısını öz etirazını “qanuni, dinc formada” bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırıb.

 

Bundan əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti qeyri-hökumət təşkilatlarının konkret liderlərinin və siyasi partiyaların liderlərinin ştatda hakimiyyətin zorakılıqla ələ keçirilməsində maraqlı olduğunu bildirib. Dövlət Təhlükəsizliyi Xidməti nümayişçiləri təxribatlara yol verməməyə çağırıb, həmçinin 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını xatırladıb.

 

Gürcüstanda etirazlar noyabrın 28-də ölkənin baş naziri İrakli Kobaxidnin Brüssellə Avropa Birliyinə üzvlüklə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra başlayıb.

***

22:24

Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.


TodayPress xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında bildirilb.

 

Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.

 

Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.

 

Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.


Aynur TAC

 

tag: Gürüstan, DİN, Etriaz, Aksiya, Tblisi, todaypress.az,