Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
Dünya
29.01.2025 22:47
“Gürcü arzusu” komandasının birgə qərarı
ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa
Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.
TodayPress "1TV"yə istinadən xəbər verir ki, bunu
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu”
partiyasının üzvü Tea Tsulukiani deyib.
Onun sözlərinə görə, nümayəndə heyətinin etimadnaməsi ilə
bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və “Gürcü arzusu” ictimaiyyətinə
xəyanət etməyə bərabər olardı.
tag: Gürcü Arzusu, Avropa Şurası, Parlament, AŞPA, Gürcüstan, todaypress.az,