Gürcüstan müxalifəti prokurorluqla əməkdaşlıqdan imtina etdi
Dünya
30.10.2024 17:50
Gürcüstan müxalifətinin nümayəndələri seçki saxtakarlığı ilə bağlı prokurorluqla əməkdaşlıqdan imtina ediblər.
TodayPress xəbər verir ki, bunu “Güclü Gürcüstan” müxalifət partiyasının lideri Salome Samadaşvili deyib.
O, beynəlxalq ictimaiyyəti 26 oktyabr seçkilərində saxtakarlığın araşdırılmasında iştirakını tələb edib.
"Prokurorluğun vicdanlı araşdırma aparacağına inanacaq qədər axmaq deyilik" Samadaşvili deyib.
Günəş Mərd
tag: Seçki, Gürcüstan,Saxtakarlıq,Samadaşvili , todaypress.az,