Gürcüstan malyariyadan azad ölkə elan edildi

Dünya

21.01.2025 14:52

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Gürcüstanı malyariyadan rəsmən azad ölkə elan edib.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazir Mixeil Sarjveladzenin sözlərinə görə, bu, Gürcüstanın səhiyyə sisteminin davamlılığının növbəti tanınması ilə yanaşı, ölkənin mühüm və ciddi çağırışların öhdəsindən gəlmək qabiliyyətinə malik olması deməkdir.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluqe də Gürcüstana malyariyadan azad ölkə sertifikatının verilməsi münasibətilə təbrik edib.

tag: ÜST,Gürcüstan,Malyariya,Səhiyyə Nazirliyi ,todaypress.az,